RU

Trampdan İrana SƏRT XƏBƏRDARLIQ: “Növbəti hücumlar daha da amansız olacaq”

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp sosial mediada etdiyi son paylaşımında İrana qarşı sərt və təhdidedici ifadələrlə çıxış edib. 

Bizim.Media xəbər verir ki, O, Tehran rejiminin sülh və razılaşma üçün dəfələrlə şans qazandığını, lakin bu fürsətləri dəyərləndirmədiyini bildirib.

“İrana dəfələrlə şans verdim. Onlara açıq şəkildə ‘sadəcə bunu edin’ dedim. Amma nə qədər çalışsalar da, nə qədər yaxınlaşsalar da, nəticə əldə edə bilmədilər,” – deyə Tramp bildirib.

Tramp, ABŞ-ın “dünyanın ən güclü və ölümcül hərbi texnikasına sahib olduğunu” vurğulayıb və bu texnikaların İsrailin də ixtiyarında olduğunu qeyd edib: “İsrail bu silahlardan çoxuna malikdir və onlardan necə istifadə edəcəyini yaxşı bilir.”

Paylaşımda Tramp İrandakı bəzi “sərt mövqeli şəxslərin” baş verəcəklərdən xəbərsiz şəkildə “cəsur danışdıqlarını”, lakin artıq onların “hamısının öldürüldüyünü” və vəziyyətin daha da pisləşəcəyini deyib.

“Artıq böyük itki və dağıntılar baş verib. Amma bu qırğının dayanması üçün hələ də zaman var. Növbəti hücumlar daha da amansız olacaq”, – deyə Tramp xəbərdarlıq edib.

Tramp paylaşımını bu sözlərlə tamamlayıb:

“İran razılaşma imzalamalıdır, yoxsa bir zamanlar İran İmperiyası kimi tanınan heç nə qalmayacaq. Artıq ölüm və dağıntıya son qoyun. Sadəcə gec olmadan bunu edin. Tanrı hamınızı qorusun!”
 

Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.


Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.


Bizim.Media

Избранный
15
50
bizim.media

10Источники