RU

Ukrayna Avropa İttifaqından əlavə maliyyə yardımı aldığınıaçıqladı

Ukraynanın Baş naziri Denis Şmıxal ölkəsinin Avropa İttifaqından əlavə maliyyə yardımı aldığını bəyan edib.

Redaktor.az bu barədə "Politico"ya istinadla məlumat verir.

Baş nazirin sözlərinə görə, söhbət bir milyard avro məbləğində kreditdən gedir. Şmıxal qeyd edib ki, bu vəsaitlər dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərlə ödəniləcək. O, həmçinin bu tranşın ardıcıl beşinci olduğunu bildirib.

Ukrayna hökuməti bu maliyyə yardımını dövlət büdcəsinin əsas xərclərinə yönəltməyi planlaşdırır. Ümumilikdə, indiyədək Ukrayna Avropa İttifaqından yeddi milyard avro maliyyə dəstəyi alıb.

Aytəkin TOFİQQIZI

Избранный
32
1
redaktor.az

2Источники