RU

İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırıb

 

Tbilisi, 13 iyun, AZƏRTAC

İsrailin Gürcüstandakı səfirliyi son hadisələrlə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında məlumat verilib.

Bildirilib ki, səfirlik tam bağlanıb və bütün konsulluq xidmətləri dayandırılıb.

“Son hadisələrlə əlaqədar səfirlik bağlanıb və konsulluq xidmətləri mövcud olmayacaq. Yeniliklər üçün səfirliyin internet saytına daxil olun,” – deyə paylaşımda qeyd olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Избранный
42
azertag.az

1Источники