RU

İrana çox şans verdim, bacarmadı – Tramp

Mən İrana müqavilə bağlamaq üçün çox şans verdim.

Heftelik.az-ın məumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşımında bildirib.

ABŞ Prezidenti  rəsmi Tehrana bununla bağlı ciddi xəbərdarlıq etdiyini, lakın İranın bu fürsətdən istifadə edə bilmədiyini vurğulayıb.

Tramp diqqətə çatdırıb ki, ABŞ ən yaxşı və ən ölümcül silahları istehsal edir: “İsrailin çoxlu silahları var və daha çoxu da gəlir”.

Vəziyyətin daha da pisləşəcəyini bəyan edən Tramp İranın mütəmadi olaraq ölkəsini təhdid edən yüksək rütbəli hərbçilərinin öldürüldüyünü deyib və rəsmi Tehrana xəbərdarlıq edib: “Əgər İran tərəfi siyasi kursunu dəyişməsə, vəziyyət daha da mürəkkəbləşəcək. Dağıntıların miqyası artıq böyükdür. Buna görə də rəsmi Tehran imperiyanın qalıqlarını xilas etmək üçün indidən hərəkətə keçməlidir. Ölüm və dağıntılar dayandırılmalıdır. Nə qədər gec deyil, bunu edin”.

Избранный
18
1
heftelik.az

2Источники