RU

13 Cümə – Qorxunun simvoluna çevrilmiş tarix

"13 Cümə" bir çox mədəniyyətlərdə uğursuzluq və bədbəxtliklə əlaqələndirilən məşhur və batil bir tarixdir. Bu inanc, həm 13 rəqəminin, həm də cümə gününün ayrı-ayrılıqda mənfi anlamlar daşımasından qaynaqlanır.

13 rəqəmi Qərb mədəniyyətlərində uğursuz hesab edilir. Hətta bəzi binalarda 13-cü mərtəbə olsa da orada yaşayış yoxdur və təyyarələrdə 13-cü sıra buraxılır. Bu rəqəm qədimdən bəri qeyri-müəyyənlik və xaosla əlaqələndirilib.

Cümə günü isə dini və tarixi səbəblərlə bəzən mənfi anlam daşıyır. Məsələn, xristian inancına görə, İsa Məsih məhz bir cümə günü çarmıxa çəkilmişdi. Bundan başqa, 1307-ci ilin oktyabrında, cümə günü, Fransa kralı IV Filipp Templer Cəngavərlərinin kütləvi həbslərini başlatmışdı. Bu hadisə də "13 Cümə" mifinin güclənməsinə səbəb olub.

Bu batil inam bir çox mədəniyyətlərdə geniş yayılıb. "Friday the 13th" adlı qorxu filmi seriyası bu tarixin qorxulu və mistik auraya sahib olmasında mühüm rol oynayıb.

Bəzi insanlar bu gündə səfər etməməyə, mühüm qərarlar verməməyə çalışırlar. Digərləri isə bu inancı zarafatla qarşılayır və əyləncəli bir fürsət kimi görür.

Əslində, "13 Cümə" sıradan bir gündür. Lakin batil inancların və kollektiv şüurun gücü bəzən sadə bir tarixi belə qorxuya bürüyə bilir.

Tünzalə İsmayılova

Избранный
12
sia.az

1Источники