RU

Ukrayna XİN Yaxın Şərqdə baş verənlərə münasibət bildirib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kiyev, 13 iyun, AZƏRTAC

Ukrayna Yaxın Şərqdə baş verənləri izləyir, regionda sabitliyin pozulmasının qarşısını almağa və mülki əhali arasında itkilərin qarşısını almağa çağırır.

Bu barədə AZƏRTAC Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) məlumatına istinadla xəbər verir.

“Bütün regionda sabitliyin daha da pozulması risklərini dərk edərək bildiririk ki, hərbi əməliyyatların davam etdirilməsi beynəlxalq təhlükəsizlik və qlobal maliyyə sabitliyi, xüsusən də neft bazarları üçün mənfi nəticələrə səbəb ola bilər”, -deyə bəyanatda vurğulanır.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Ukrayna XİN-in qeyd etdiyi kimi, Yaxın Şərqdə sülhün və sabitliyin bərpası təkcə regionun deyil, həm də beynəlxalq ictimaiyyətin maraqlarına cavab verəcək.

Nazirlik əlavə edib: “Bu kontekstdə biz beynəlxalq ictimaiyyəti müasir təhlükəsizlik təhdidlərinin öhdəsindən gəlmək üçün birgə və qətiyyətli addımlar atmağa çağırırıq”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
1
azertag.az

2Источники