RU

İranda internetə çıxış dayandırıldı

İran hakimiyyəti İsrailin hücumu ilə əlaqədar internetə çıxışa müvəqqəti məhdudiyyətlər qoymaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, ölkədə yaranmış xüsusi vəziyyətlə əlaqədar və səlahiyyətli orqanların qərarlarına uyğun olaraq internetə çıxışa müvəqqəti məhdudiyyətlər qoyulub.

Nazirlik ölkədə vəziyyətin normallaşdıqdan sonra şəbəkənin bərpa olunacağına inandırıb.

Избранный
15
ucnoqta.az

1Источники