RU

İsrail İranın qərbindəki Qəsri Şirin və Kəngəvara zərbə endirib

İranın qərbində yerləşən Qəsri Şirin və Kəngəvar şəhərləri yeni hücuma məruz qalıb.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Bu barədə iyunun 13-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) Telegram kanalında məlumat verilib.

“Bir neçə dəqiqə əvvəl Qəsri Şirin və Kəngəvar bir neçə nöqtədən atəşə tutulub”, - nəşr yazır.

Bundan əlavə, İranın "Radio Zamaneh" radiostansiyası X sosial şəbəkəsində (keçmiş Twitter) Qəsri Şirindəki sosial təminat şöbəsinin binasının tamamilə dağıdıldığını göstərən görüntülər yayımlayıb. Dağıntının miqyası, qurbanlar və mümkün tələfatlar barədə hələlik məlumat yoxdur.

QAZİLER.AZ

Избранный
57
1
qaziler.az

2Источники