RU

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi

BAKI, 13 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Tədbirdə Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarix Muzeyinin Vətən müharibəsi fondunun müdiri, Tarix İnstitutunun doktorantı, tarixçi alim Şəfa Mövsümov iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 15 iyun 1993-cü il ərəfəsində cərəyan edən hadisələr barədə ətraflı məlumat verib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider 1993-cü ilin iyun ayında sonsuz məhəbbətlə sevdiyi xalqının çağırışına səs verdi və həyatını riskə ataraq ölkəmizi parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, dövlət müstəqilliyimizi qorudu və möhkəmləndirdi.

Məhz Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən dövlətimiz regionun liderinə, dünya birliyinin nüfuzlu üzvünə çevrilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbir Mülki müdafiə qoşunlarının Nümunəvi Orkestrinin ifasında konsert proqramı ilə davam edib.

Избранный
11
2
teleqraf.com

3Источники