Türkiyənin İzmir şəhərinin Karaburun bölgəsində meşə yanğını başlayıb.
Publika.az Türkiyə mətbuatına itinadla xəbər verir ki, hazırda havadan və qurudan yanğına müdaxilə edilir.
Məlumata görə, bölgəyə İzmir Meşə Region İdarəsinə aid 2 təyyarə, 6 helikopter, 14 su maşını, 4 su təchizatı maşını və 3 buldozer göndərilib.
Yanğının səbəbi hələlik məlum deyil.