RU

Azərbaycan cüdoçuları dünya çempionatına uğursuz başladı

BAKI. 13 iyun. TELEQRAF

Cüdo üzrə Azərbaycan milli komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Teleqraf xəbər verir ki, ilk yarış günündə 3 tatami ustası qüvvəsini sınayıb.

Qadınların mübarizəsində 48 kq çəki dərəcəsində yer alan cüdoçulardan Leyla Əliyeva 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanovaya qalib gəlsə də, növbəti görüşündə ispaniyalı Laura Martines Abelendaya uduzaraq, mübarizəni dayandırıb.

Könül Əliyeva isə 1/32 finala təsadüf edən ilk qarşılaşmasında ABŞ-dan olan Mariya Seliya Laborda yenilib və çempionatla erkən vidalaşıb.

Kişilərin yarışında Monteneqroda keçirilmiş son Avropa çempionatının bürünc medalçısı Əhməd Yusifov 60 kq çəkidəki 1/16 final görüşündə yaponiyalı ikiqat dünya və olimpiya mükafatçısı Ryuju Naqayama ilə görüşün əvvəllərində vaza-ari ilə önə çıxsa da, cərimə xalları ilə uduzaraq, mundiala əlvida deyib.

Qeyd edək ki, qarşıdakı günlərdə Azərbaycanın daha 10 cüdoçusu (8 kişi, 2 qadın) mübarizəyə qoşulacaq.

Избранный
7
1
teleqraf.com

2Источники