RU

İsrail bütün səfirliklərini müvəqqəti bağlayıb - Yenilənib

 İsrail dünya üzrə diplomatik nümayəndəliklərinin işini dayandırdığını elan edib .

09:19

İsrail İrana qarşı həyata keçirdiyi "Yüksələn Şir" hərbi əməliyyatı fonunda bütün xaricdəki diplomatik nümayəndəliklərini maksimal hazırlıq vəziyyətinə gətirib. Bu barədə Ynet portalı məlumat yayıb.

Məlumata görə, bəzi səfirliklər ən azı bazar ertəsinə qədər təhlükəsizlik səbəbilə bağlana bilər. İsrail hökuməti yerli orqanlara nümayiş və etiraz aksiyaları ehtimalına qarşı diplomatik binaların mühafizəsinin gücləndirilməsi ilə bağlı müraciət edib.

Ynet yazır ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun gecəsi İranın müxtəlif bölgələrində, o cümlədən Tehranda və Natanzdakı nüvə obyektində hərbi və nüvə infrastrukturuna zərbələr endirib. İran mediası yüksək rütbəli hərbçilər və nüvə alimlərinin öldüyünü bildirib.

İranın ali lideri ayətullah Əli Xamenei hücumları “cinayət” adlandıraraq İsraili “acı və qorxulu aqibət”in gözlədiyini bəyan edib.

N.Təbrizli

Избранный
2
1
anews.az

2Источники