Türkiyə İsrailin İrana qarşı hücumlarını qınayır.
Sitat.info “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə lideri İsrailin İrana hücumunu “beynəlxalq qanunlara məhəl qoymayan açıq-aşkar təxribat” adlandırıb.
Ərdoğanın sözlərinə görə, İsrail baş naziri Benyamin Netanyahunun administrasiyası bölgəni və bütün dünyanı fəlakətə sürükləməyə çalışır.
Yaxın Şərqdə daha çox qan və dağıntı görmək istəmədiklərini bildirən Ərdoğan, Türkiyənin İrana qarşı hücumları pislədiyini, İran xalqına başsağlığı dilədiyini açıqlayıb.