RU

İsrail İran müharibəsi Azərbaycanı gözləyən REAL TƏHLÜKƏLƏR

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumları Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti partlayış nöqtəsinə gətirdi.

İranın hərbi rəhbərliyinin – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri, SEPAH baş komandanı general-mayor Hüseyn Səlami, Xatəmül-Ənbiya qərargahının komandiri Qulaməli Rəşidin və digər generalların həlak olması, eləcə də Natanz nüvə obyektinə endirilən zərbələr Tehranı cavab verməyə vadar edə bilər.

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, hücumlar davam edəcək. Bu isə gərginliyin daha da artacağına dair açıq siqnaldır.

Münaqişənin Azərbaycana hansı təsirləri ola bilər?

Azərbaycan coğrafi, siyasi və mədəni cəhətdən bu regionda önəmli mövqeyə sahibdir. İranla 765 km uzunluğunda sərhədə malik olan Azərbaycan, həm də İran daxilində yaşayan təqribən 35 milyonluq azərbaycanlı icması ilə bu münaqişədə birbaşa olmasa da, dolayı təsirlərə məruz qala bilər.

Hərbi ekspert Ədalət Verdiyev Bakupost.az -a açıqlamasında bildirib ki, İsrailin 300-dən çox hərbi obyektə zərbə endirməsinə cavab olaraq, İranın pilotsuz uçuş aparatları və ballistik raketlərlə ona qarşılıq verməsi gözlənilir:

"İranın silahlarının qeyri-dəqiq imkanlarını nəzərə alsaq, bu raketlərin Azərbaycan ərazilərinə də zərər yetirməsi ehtimalı artır. Bunun qarşısının alınması üçün Azərbaycanın hava hücumundan müdafiə və hərbi hava qüvvələri yəqin ki, hazırlıq vəziyyətinə gətirilib. Onlar da üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsini uğurla davam etdirirlər".

Regional təhlükəsizlik və sərhəd riskləri

Digər tərəfdən, İranın İsrailə cavab verməsi halında Yaxın Şərqdə tammiqyaslı müharibə başlaya bilər. İranın qərb bölgələri, o cümlədən Təbriz, Ərdəbil, Zəncan və Urmiya kimi ərazilər hərbi hədəflər halına gəlməsi ehtimal olaunan strateji mərkəzlərdir. Bu bölgələrdə yaşayan milyonlarla azərbaycanlının taleyi Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Münaqişə genişlənərsə, Azərbaycan sərhəd bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirmək məcburiyyətində qalacaq.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

$randId = "yandex_rtb_R-A-15871244-" . rand(1111111, 9999999); ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Enerji bazarlarında dalğalanma və iqtisadi təsirlər

İran və İsrail arasında müharibə Xəzər və Yaxın Şərq enerji bazarlarında sabitliyi poza bilər. Azərbaycan bir enerji ölkəsi kimi neft və qaz ixracatçısıdır. Bu münaqişənin genişlənməsi qlobal neft qiymətlərinin sürətlə artmasına səbəb ola bilər. Bu isə Azərbaycan üçün qısamüddətli gəlir artımı, lakin uzunmüddətli bazar riskləri yaradacaq. Eyni zamanda regiondan keçən enerji kəmərlərinin təhlükəsizliyinə təhdid yarana bilər.

İran azərbaycanlılarının durumu və etnik gərginlik

İran daxilində yaşayan 35 milyondan çox azərbaycanlının böyük hissəsi İsraillə bağlı rəsmi siyasətə qarşı çıxır, lakin Tehran rejiminin bu ərazilərdən hərbi məqsədlərlə istifadə etməsi və ya orada etirazların yaranması regionda etnik-siyasi gərginliyi alovlandıra bilər. Azərbaycanın bu məsələdə balanslı və ehtiyatlı mövqe tutması, həm daxili sabitlik, həm də xarici münasibətlər baxımından mühüm əhəmiyyət daşıyır.

Diplomatik və geosiyasi mövqe

Azərbaycan həm İsraillə, həm də İranla əlaqələrə malikdir. İsraillə strateji hərbi-texniki əməkdaşlıq var, İran isə yaxın qonşudur və orada milyonlarla etnik azərbaycanlı yaşayır. Bu vəziyyət Azərbaycanın diplomatik balansını sınağa çəkə bilər.

İsrail-İran müharibəsinin gedişatı yalnız bu iki ölkənin gələcəyini deyil, bütün regionun sabitliyini təyin edə bilər. Azərbaycan üçün əsas məsələ təhlükəsizlik, sərhəd nəzarəti, enerji xətləri və milli maraqlar balansı olacaq.

Lalə,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
www.bakupost.az

1Источники