İsrail İranın Natanzdakı nüvə obyektini YENİDƏN VURDU
Ajans.az xəbər verir ki, bəyanatda deyilir: “Bir neçə dəqiqə əvvəl sionist rejim Təbriz və Şiraz şəhərlərinin ərazisinə, eləcə də Natanzdakı nüvə obyektinə zərbələr endirərək yeni hücumlar və təcavüzlər həyata keçirib”. İyunun 13-də İsrail İranın nüvə obyektinin tamamilə məhv edildiyini bildirib. KİV-in məlumatına görə, hücum İrandakı bir sıra hədəflərin, o cümlədən nüvə obyektlərinin və raket obyektlərinin bombalanmasından da ibarətdir.