RU

Avropa Komissiyası Yaxın Şərqdə diplomatlarını qorumaq üçün təcili tədbirlər görür- ÖZƏL

Avropa Komissiyası (AK) İranda, İsraildə və Yaxın Şərqin digər ölkələrində yerləşən diplomatik nümayəndəliklərinin əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə təcili tədbirlər görür. Olaylar.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə AK-nın nümayəndəsi Ənvər əl-Anuni məlumat verib.
"Avropa Komissiyası regionda əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək üçün bütün mümkün tədbirləri həyata keçirir", - deyə əl-Anuni bildirib. O, təhlükəsizlik səbəbilə əlavə təfərrüatları açıqlamaqdan imtina edib.
Nümayəndənin sözlərinə görə, Avropa İttifaqı hazırda İsrail və İranla əlaqə saxlayır və hər iki tərəfi gərginliyi azaltmağa çağırır.
Xatırladaq ki, bir qədər əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen İranı İsrailə cavab zərbəsi endirməkdən çəkinməyə çağırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
olaylar.az

1Источники