RU

Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxır?

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Ermənistan hökuməti ölkədə Rusiya hərbçilərinin qalmasında maraqlı deyil”.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada “Azadlıq Radiosu” müsahibəsində deyib.

“Hazırda regionumuzda vəziyyət mürəkkəbdir. Sizin də qeyd etdiyiniz kimi, Ermənistanda Rusiya hərbçiləri var. Ancaq mən onu da vurğulamaq istəyirəm ki, Ermənistanda Azərbaycanla vəziyyəti izləmək üçün Avropa İttifaqının monitorinq missiyası da fəaliyyət göstərir.

Keçən il biz Rusiya hərbçilərinin sayını azaltsaq da, hazırda onların ölkədəki mövcudluğunu davam etdirmək niyyətində deyilik. Bizim əsas hədəfimiz region ölkələri ilə möhkəm və sabit sülh qurmaqdır”, - deyə Paşinyan bildirib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

$randId = "yandex_rtb_R-A-15871244-" . rand(1111111, 9999999); ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Nikol Paşinyan əlavə edib ki, o Rusiya ilə münasibətləri pozmaq niyyətində deyil: 

“Bu yaxınlarda parlamentimiz Avropa İttifaqına üzvlüklə bağlı qanun qəbul edib. Hazırda Avropa İttifaqı ilə çox sıx əməkdaşlıq aparırıq. Eyni zamanda, Rusiya ilə əlaqələrimizi kəsmək məqsədimiz yoxdur”.

Baş nazir vurğulayıb ki, ölkə eyni anda həm Avrasiya İqtisadi İttifaqının, həm də Avropa İttifaqının üzvü ola bilməz və gələcəkdə bu məsələdə qərar vermək lazım gələcək.

Səbinə Uğur

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
cebheinfo.az

2Источники