RU

Tramp hücumlara "mükəmməl" dedi, İsrailin zərbələri davam edəcək

İsrailin İrana hücumlarını mükəmməldir, hələ görüləcək iş çoxdur.

Ölkə.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp  ABC telekanalına müsahibəsində danışıb.

"The Wall Street Journal" isə yazır ki, İsrail qarşıdakı 14 gündə Tehrana qarşı əməliyyat planlaşdırır.

Bundan başqa, İsrailin İsveçdəki səfirliyindən bildirilib ki, son hadisələr fonunda İsrail dünyadakı diplomatik nümayəndəliklərini bağlayacaq və konsulluq xidmətləri göstərilməyəcək.

Qeyd olunub ki, bu vəziyyət növbəti xəbərdarlığadək davam edəcək.

Bu arada İranın Rabitə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzi bildirib ki, Kiş şəhərində yaranmış gərgin vəziyyətlə əlaqədar və səlahiyyətli qurumların tədbirləri ilə Kiş şəhərində internetə müvəqqəti məhdudiyyətlər qoyulub.

Избранный
29
1
olke.az

2Источники