RU

Millimiz Bakıda Moldova ilə iki yoxlama görüşü keçirəcək

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin iyunun 15-dən 21-dək Bakıda təlim-məşq toplanışı olacaq.

AFFA-dan "Unikal"a bildirilib ki, toplanışa ümumillikdə 22 futbolçu dəvət olunub.

Yığma hazırlıq çərçivəsində iki yoxlama görüşü keçirəcək. Aqil Nəbiyevin yetirmələri iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Hər iki görüş Binə stadionunda təşkil olunacaq və saat 18:00-da başlayacaq.

Избранный
17
4
unikal.az

5Источники