RU

AMB dayanıqlı maliyyə məhsulları üçün çərçivələr formalaşdırmağa çalışır

Azərbaycan Mərkəzi Bankının (AMB) mühüm təşəbbüslərindən biri də dayanıqlı maliyyə məhsulları üçün çərçivələrin formalaşdırılmasıdır.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "PAŞA Holdinq" MMC-nin Bakıda “Dayanıqlı maliyyə” mövzusunda keçirdiyi tədbirdə bildirib.

O, ölkədə "yaşıl keçid"in sürətlənməsi və dayanıqlı maliyyənin təşviqi istiqamətində rəhbərlik etdiyi qurumun həyata keçirdiyi islahatlar və gələcək planlar barədə ətraflı məlumat verib, AMB-nin qəbul etdiyi “Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi”, eləcə də “2024–2026-cı illəri əhatə edən Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində dayanıqlı maliyyənin əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edildiyini bildirib.

Sədr "Yaşıl taksonomiya"nın qəbulu, ESİ risklərinin bankların risk idarəetmə sistemlərinə inteqrasiyası, dayanıqlı maliyyə məhsulları üçün çərçivə formalaşdırılması və verifikasiya mexanizmlərinin yaradılmasının bu sahədə mühüm təşəbbüslər sırasında olduğunu vurğulayıb, həmçinin COP29 tədbiri çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə hazırlanmış “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi” təşəbbüsünün qlobal əhəmiyyətindən danışıb.

Xatırladaq ki, “Business Talks by PASHA Holding” platforması çərçivəsində keçirilən bu tədbirin məqsədi ətraf mühit, sosial və idarəetmə (ESİ) meyarları üzrə hesabatlılıq, reytinq sistemləri, iqlimlə bağlı maliyyə riskləri mövzusunda aktual trendləri və çağırışları müzakirə etmək, həmçinin ölkənin maliyyə və biznes sektorunda dayanıqlı inkişafla bağlı dialoqu gücləndirmək olub.

Tədbirin açılış hissəsində Baş nazirinin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, "PAŞA Holdinq"in baş icraçı direktoru Cəlal Qasımov və “EY Azərbaycan” şirkətinin rəhbəri İlqar Vəliyev də çıxış ediblər.

Избранный
27
report.az

1Источники