RU

İsrail Müdafiə Ordusu: İranın strateji obyektlərinə hücumlar davam edir

İsrail Müdafiə Ordusu İranın strateji obyektlərinə zərbələr endirməklə bağlı əməliyyatını davam etdirir.

"Report"un İsrail KİV-inə istinadən verdiyi məlumata görə, bunu İsrail ordusunun sözçüsü Efi Defrin deyib.

O, həmçinin vurğulayıb ki, İsrail İranın Natanzdakı nüvə obyektinə "əhəmiyyətli ziyan" vurub.

E.Defrinin sözlərinə görə, İsrail Ordusu həmçinin İran tərəfindən İsrailə doğru buraxılan PUA-ların əksəriyyətini məhv edib.

Избранный
27
report.az

1Источники