Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Xatirə olacaq səhnələr” adlı sərgi təşkil olunur. Azyaşlıları şüuraltı fantaziyaları ilə çəkdiyi təsvirləri sərgiləməyə dəvət edirik.
Məqsəd uşaqların kollektiv sosiallaşmalarına xidmət, həmçinin, valideynlərin onları qalereya və muzey tipli maarifləndirici məkanlara aparmalarına təşviq etməkdən ibarətdir.
Yaş həddi: 8 yaşa qədər.
o Xarici vətəndaşlar da sərgiyə əsər göndərə bilər.
o Hər iştirakçı adına bir əsər təqdim oluna bilər.
o Ancaq uşaqların öz duyğularının məhsulu olan “cızma-qaralar“qəbul olunur və iş prosesinə təsir olmuş işlər qəbul olunmur.
o İşlər çərçivədə təqdim olunmalıdır və əlaqə nömrəsi, uşağın soyadı, adı və ünvan qeyd olunmalıdır.
o İş qəbulu üçün son tarix: 10 iyul 2025-ci il
o Konsepsiyamıza uyğun olan işlərin Xətai Uşaq Sənəti Qalereyasında bir neçə həftə sərgilənməsi nəzərdə tutulmuşdur.
o İşlərin qəbul mərkəzi: Az1025, Bakı Xocalı prospekti 62 , Xətai Sənət Mərkəzi
o Suallar üçün: tel/whatcap +994 51 310 74 01
o Müəlliflərə sertifikat təqdim olunacaq.
o Sərginin günü və saatı elan olunacaq.
o Uşaqlara stimul yaratmaq və xatirəni yaşatmaq naminə sərgidən sonra bu işlərin evinizdə asılması məqsədəuyğun olardı.
o Sərginin sənətsevərlər, rəssamlar və geniş ictimaiyyət üçün maraqlı olacağına inanırıq.