İsrailin İranın şimal-qərbindəki Təbriz şəhərinə endirdiyi zərbə nəticəsində 5 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Bu barədə "RİA Novosti” yerli hakimiyyət orqanlarına istinadən bildirib.
11:25
İsrail Hərbi Hava Qüvvələrinin İranın Təbriz şəhərinə hücumu nəticəsində ən azı üç nəfər həlak olub.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin rəhbəri bildirib.
"İsrailin Təbrizə hücumu nəticəsində üç həmvətənimiz həlak olub", - "Tasnim” agentliyi məmurun sözlərindən sitat gətirir.