BAKI, 13 iyun. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çex Respublikasının xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Çexiyadaki səfirliyi məlumat yayıb.
Bundan əlavə, Hikmət Hacıyev Çexiya Prezident Aparatının Xarici Əlaqələr Departamentinin direktoru Yaroslav Zayçek ilə də görüşüb.