RU

Mərkəzi Bank “Bakı Fond Birjası”nın vəzifəli şəxslərini cərimələdi

Azərbaycan Mərkəzi Bankı “Bakı Fond Birjası”nı və onun məsul şəxslərini cərimələnib.

Bu barədə Modern.az AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən “Bakı Fond Birjası” QSC-də aparılmış hərtərəfli yoxlamalar çərçivəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müəyyən edilmiş tədbirlərin vaxtında icra edilməməsinə görə “Bakı Fond Birjası” QSC İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən 6000 manat məbləğində, BFB-nin vəzifəli şəxsi isə Mərkəzi Bank tərəfindən 1500 manat məbləğində cərimələnib.

Bundan əlavə, BFB-də qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydalarının pozulmasına görə BFB-nin listinq komitəsinin sədrinə İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə tətbiq edilib.

Избранный
118
15
modern.az

9Источники