RU

İsrail ABŞ-ni İrana qarşı hücumlara qoşulmağa razı salmağa çalışır

BAKI, 13 iyun. TELEQRAF

"İsrail ABŞ Administrasiyasını İranın nüvə və hərbi obyektlərinə qarşı davam edən əməliyyatlara qoşulmağa razı salmağa çalışır".

Teleqraf xəbər verir ki, bu barədə "The Jerusalem Post" mənbələrinə istinadən məlumat yayıb.

ABŞ Dövlət katibi Marko Rubio zərbələrdən qısa müddət sonra bəyan etmişdi ki, ölkəsi İsraillə koordinasiyalı şəkildə işləyir, lakin hücumlarda birbaşa iştirak etmir.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, ali dini rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.

İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.

Избранный
12
1
teleqraf.com

2Источники