Hindistanda qəzaya uğrayan Boeing 787 Dreamliner təyyarəsinin yeganə sağ qalanı Vişvaş Kumar başına gələnlərdən danışıb.
Far.Az xəbər verir ki, o bu barədə "DD News"ə açıqlamalar verib.
40 yaşlı Kumar Hindistan əsilli Britaniya vətəndaşıdır. Kişinin sözlərinə görə, o, ailəsini ziyarət etdikdən sonra Londona qayıdırmış və təcili çıxışın yaxınlığında pəncərənin kənarında oturmuşdu. Hindistanda onun sağ qalması artıq möcüzə adlandırılır, çünki hava gəmisində olan 242 nəfərdən sadəcə o sağ qalıb.
Kumar, təyyarənin havaya qalxdıqdan dərhal sonra qəribə davranmağa başladığını və bir neçə saniyədən sonra binaya çırpıldığını xatırlayıb. Bundan sonra yanğın başlayıb və kişinin sol əli yanıb.
Kumar etiraf edir ki, əvvəlcə öləcəyini düşünüb:
"Ancaq gözlərimi açanda sağ olduğumu başa düşdüm və oturacaqdan çıxmağa və oradan uzaqlaşmağa çalışdım".
Daha sonra qəza yerinin yaxınlığında olan şahidlər Kumarın təcili yardıma axsaq getdiyini lentə alıblar. Zərərçəkmiş hazırda xəstəxanadadır.
Xatırladaq ki, qəzaya uğrayan təyyarə Londona uçurmuş. Polis təyyarədə 242 nəfərin olduğunu bildirib. İlkin məlumatlara görə, mühərriklərə çoxsaylı quş zərbələri ola bilər ki, bu da hər iki mühərrikin gücünü itirməsinə səbəb olub.