RU

Onlarla qaraçı baronu saxlanıldı: Təşkilatçı Bəxtiyar olub

Lipetskdə Mərkəzi Federal Dairə vilayətlərindən olan qaraçı icmalarının rəhbərləri saxlanılıb.

Publika.az "Mash"a istinadən xəbər verir ki, əməliyyat Yelets yaxınlığındakı Klyuç Jjizni kəndində keçirilib.

Məlumatına görə, burada 60-a yaxın adam qanunsuz olaraq toplaşıb. Bildirilir ki, toplantı iştirakçıları narkotik ticarətində təsir dairələrini bölüşdürməyi planlaşdırıblar.

Toplananların hamısı Lipetsk vilayətinin Cinayət Axtarış İdarəsi tərəfindən saxlanılıb. Saxlanılanlar arasında Mərkəzi Rusiyanın müxtəlif bölgələrindən gəlmiş qondarma “qaraçı baronları” da var. İstintaqın məlumatına görə, toplantının təşkilatçısı Bəxtiyar adlı şəxs olub.

Bütün iştirakçılara qarşı cinayət işinin başlanması məsələsi həll edilir. Ümumilikdə 58 nəfər saxlanılıb.

Избранный
25
publika.az

1Источники