RU

İran sona qədər döyüşəcək - Klinton 11 il öncə nələr yazmışdı...

İsrailin İrana hücumundan sonra bütün dünyada rəsmi Tehranın buna necə cavab verəcəyi barədə müzakirələr gedir. Artıq 12 saatdan çox zaman keçib və cənub qonşumuzun hələ də tutarlı hücumu müşahidə olunmur. Amma İranın öz dövlət imicini qorumaq üçün İsrailə sərt cavab verəcəyini düşünənlər kifayət qədər çoxluq təşkil edir.

Politoloq Elxan Şükürlü cənub qonşumuzun sona qədər döyüşəcəyini düşünür.

SUKUR.jpeg

Musavat.com xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında status paylaşıb.

Elxan Şükürlü Amerikanın keçmiş dövlət katibi Hillari Klintonun “Çətin seçimlər” adlanan kitabından da maraqlı sitat gətirib.

Politoloq hesab edir ki, hazırda oxşar situasiya yaşanmaqdadır:

“14 əsr əvvəl Yezidin İmam Hüseynə (ə.) təklifi bu idi ki, sağ qalmaq, yaşamaq istəyirsə, onun şərtlərini mütləq qəbul etməlidir...

İndi də ABŞ-İsrail tandemi təklif edir ki, İran üzərindəki sanksiyaların götürülməsini və dünyaya açılmaq istəyirsə, mütləq onların şərtlərini qəbul etməli, nüvə silahı əldə etmək cəhdlərindən birdəfəlik əl çəkməlidir.

İranın nüvə silahı əldə etməsi isə nəinki Yaxın və Orta Şərqdə, bütün dünyada güc balansının müsəlmanların xeyrinə dəyişməsi deməkdir.

Bu qorxunun miqyasını ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2014-cü ildə yazdığı “Çətin seçimlər” adlı kitabında açıqca təsvir edib: “İran nüvə silahı əldə edərsə, ABŞ regionda hərbi balansı saxlamaq üçün İranla fərqli məzhəbdə olan digər 3 müsəlman ölkəsinin - Türkiyə, Misir və Səudiyyə Ərəbistanının da nüvə silahı əldə etməsinə göz yummağa məcbur qalacaq, beləcə, birdən-birə 5 aparıcı müsəlman dövləti çəkindirici nüvə silahına sahib olacaq”.

ABŞ-İsrail tandeminin öz şərtlərini danışıqlar masasında İrana qəbul etdirmək üçün bütün zorakı vasitələrə əl atacağı bəllidir.

Bəs İran necə, generallarının və alimlərinin öldürülməsindən sonra onların şərtlərini qəbul edəcəkmi?

14 əsr əvvəl İmam Hüseyn (ə.) Yezidin şərtlərini qəbul etməmiş, sonadək vuruşmağı seçmişdi...”

Cavanşir ABBASLI
Musavat.com

Избранный
6
2
musavat.com

3Источники