BAKI, TurkicWorld
Tramp İsrailin İrana hücumlarını “mükəmməl” adlandırıb– Daha çoxu gələcək.
TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin İrana qarşı həyata keçirdiyi hücumlara dəstək verərək onları “mükəmməl” adlandırıb və “Daha çoxu gələcək” açıqlaması ilə yeni hücumların olacağını istisna etməyib.
“Biz onlara (İrana) şans verdik. Onlar bundan istifadə etmədilər və çox ağır zərbə aldılar.” - deyə ABC News-a danışan Tramp bildirib. ABŞ-ın hücumlara bilavasitə qatılıb-qatılmadığına dair suala isə Tramp cavab verməkdən yayınaraq, “Bunu şərh etmək istəmirəm” deyə bildirib.
Tramp eyni zamanda Truth Social hesabında da paylaşım edərək İrana iki ay əvvəl 60 günlük razılaşma şansı verildiyini xatırladaraq, “Bu gün 61-ci gündür. Bəlkə indi ikinci şansları var,” – deyə qeyd edib.
Qeyd edək ki, İsrail bugün səhər saatlarında İranın Tehran, Təbriz, İsfahan, Luristan və Kirmanşah şəhərlərinə hava zərbələri endirib. Hücumlar nəticəsində İranın Baş Qərargah rəisi Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Səlami və 6 nüvə alimi daxil olmaqla yüksək rütbəli şəxslər həyatını itirib.