RU

İsrail: İranın raket arsenalı məhv edilib

BAKI, 13 iyun. TELEQRAF

İsrail İranın raket arsenalının məhv edildiyini elan edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, son saatlar ərzində Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri kəşfiyyat idarəsinin dəqiq rəhbərliyi altında İrana məxsus raket anbarlarına bir sıra zərbələr endirib.

Hücumlar nəticəsində İrana məxsus onlarla raket buraxılış qurğusu, raketlər və digər hərbi obyektlər məhv edilib.

Qeyd olunub ki, İran tərəfindən atılan raketlər zərərsizləşdirilib.

Vurğulanıb ki, İranın raket arsenalında minlərlə kilometr uçuş məsafəsinə malik raketlərdən var: "Bu raketlərin İran rejiminin əlində olması region və bütün dünya üçün təhlükədir".

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub.

Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.

İran Prezidenti Məsud Pezeşkian və Ali Rəhbər Əli Xamanei İranın İsrailə cavab zərbəsi endirəcəyini bəyan edib.

Избранный
55
50
teleqraf.com

10Источники