RU

KİV: "İran hələ İsrailə qarşı PUA hücumu həyata keçirməyib, cavab yaxın vaxtlarda gözlənilir"

İran İsrailin son hava zərbələrinə cavab olaraq hələlik pilotsuz uçuş aparatları (PUA) göndərməyib.
 
Bu barədə "Fars" agentliyi təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən xəbər verib.
 
Bildirilir ki, İranın cavab zərbəsi yaxın vaxtlarda həyata keçiriləcək və bu barədə yalnız rəsmi kanallar vasitəsilə məlumat veriləcək.
 
"İsrailin guya İran dronlarını ələ keçirməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Həqiqi qisas tezliklə gələcək", - deyə mənbə bildirib.
 
Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar.
Избранный
13
1
moderator.az

2Источники