RU

Səma alov içində, ümid BAKIDIR – Müharibədən qaçan onlarla təyyarə Azərbaycana SIĞINDI!

Onların arasında Moskva, Minsk, Kazan və digər yerlərdən Dubaya uçuşlar olub. Bu reyslərdə olan sərnişinlər arasında BƏƏ-yə səfər edən erməni əsilli və erməni soyadlı vətəndaşlar da var. Məsələ ilə bağlı, habelə hadisə baş verəndən nə qədər təyyarə qəbul etdiyimizlə əlaqədar Ajans.az AZAL-a sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib: “Yaxın Şərq hava məkanında tətbiq olunan məhdudiyyətlər fonunda bu gün 13 beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportunu ehtiyat eniş məntəqəsi kimi seçib. Eyni zamanda, 50-dən artıq reys marşrutunu dəyişərək məhz Azərbaycan hava məkanından keçidi üstün tutub. Hər iki proses fasiləsiz və təhlükəsizlik prinsiplərinə uyğun şəkildə həyata keçirilib. Bu da bir daha sübut edir ki, Azərbaycan infrastrukturu, koordinasiya imkanları və operativ çevikliyi ilə regionda sabit hava nəqliyyatının təminatçısıdır”.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Избранный
11
1
Ajans.az

2Источники