RU

Makron: İsrailin özünümüdafiə hüququnu dəstəkləyirik

BAKI, 13 iyun. TELEQRAF

"Fransa dəfələrlə İranın davam edən nüvə proqramını pisləyib və bu məsələ ilə bağlı bütün uyğun diplomatik tədbirləri həyata keçirib".

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” hesabında bildirib.

Onun sözlərinə, bu kontekstdə Fransa İsrailin özünümüdafiə və təhlükəsizliyini təmin etmək hüququnu bir daha təsdiqləyir.

“Regionun sabitliyini təhlükə altına atmamaq üçün bütün tərəfləri təmkinli olmağa və gərginliyi azaltmağa çağırıram. İsrailin İrana və onun nüvə proqramına qarşı həyata keçirdiyi hava zərbələrindən sonra bu səhər Milli Müdafiə və Təhlükəsizlik Şurasınının iclasını keçirtmişəm. Regionda olan vətəndaşlarımızın, diplomatik nümayəndəliklərimizin və hərbi missiyalarımızın təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımlar atılacaq”, - o qeyd edib.

Prezident vurğulayıb ki, Fransa Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində bütün tərəfdaşları ilə əməkdaşlıq etməyə hazırdır: “Regionda sülh və təhlükəsizlik hamımız üçün əsas prinsip olaraq qalmalıdır”.

Избранный
26
teleqraf.com

1Источники