Bakı, 13 iyun, AZƏRTAC
İspaniyanın “Real Madrid” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi “River Pleyt”dən Franko Mastantuono transfer edib. Onunla 2031-ci ilədək müqavilə imzalanıb.
17 yaşlı argentinalı vinger 2024-cü ildən əsas komandada çıxış edirdi.