RU

"Real Madrid" 18 yaşlı futbolçu transfer etdi

BAKI, 13 iyun. TELEQRAF

İspaniyanın “Real Madrid” klubu Argentina təmsilçisi “River Pleyt”in 18 yaşlı futbolçusu Franko Mastantuononu transfer edib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

O, komandaya avqustun ortalarında qoşulacaq.

Argentina klubunun yetirməsi “River Pleyt”in heyətində 61 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə verib. Transfermarkt portalı futbolçunun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.

Xatırladaq ki, Franko Mastantuono iyunun 6-da Argentina millisində ilk oyununa çıxaraq, O, DÇ-2026-nın seçmə mərhələsində Çiliyə qarşı matçda (1:0) iştirak edib və bununla da milli komandanın tarixində debüt edən ən gənc futbolçu olub.

Избранный
29
1
teleqraf.com

2Источники