İspaniyanın “Real Madrid” klubu Argentina təmsilçisi “River Pleyt”in 18 yaşlı futbolçusu Franko Mastantuononu transfer edib. Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.O, komandaya avqustun ortalarında qoşulacaq.Argentina klubunun yetirməsi “River Pleyt”in heyətində 61 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə verib. Transfermarkt portalı futbolçunun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.Xatırladaq ki, Franko Mastantuono iyunun 6-da Argentina millisində ilk oyununa çıxaraq, O, DÇ-2026-nın seçmə mərhələsində Çiliyə qarşı matçda (1:0) iştirak edib və bununla da milli komandanın tarixində debüt edən ən gənc futbolçu olub.