Dövlət Sərhəd Xidmətinin rəisi general - polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevə vaxtından əvvəl polkovnik- leytenant rütbəsi verilməsi barədə məlumatlar yayılıb.
Operativ Media xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən olaraq bildirilib:
“Bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildiririk ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı olmuş Məhəmməd Quliyev qurumun sıralarında xidmət etmir”.