RU

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Xorvatiyaya uduzub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Xorvatiyanın Zadar şəhərində meydan sahibləri ilə üz-üzə gələn yığma 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə uduzub.

Избранный
19
2
90deqiqe.az

4Источники