RU

Azərbaycan voleybol milliləri növbəti oyunlarına çıxıblar

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycanın voleybol yığmaları növbəti oyunlarına çıxıblar.

AZƏRTAC xəbər verir ki, qadınlardan ibarət milli Qızıl Avropa Liqasında Xorvatiya ilə qarşılaşıb.

Zadar şəhərində keçirilən matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqroya 1:3 hesabı ilə məğlub olub.

Kişilərdən ibarət yığma isə Gümüş Avropa Liqasında Lüksemburqa 0:3 hesabı ilə uduzub. Daha öncə İsveçə 0:3 hesabı ilə məğlub olan milli Gürcüstan seçməsini üstələyib – 3:0.

Избранный
17
2
azertag.az

4Источники