RU

Şəmkirdə gənc qızla oğlansuda boğuldu - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Mehrili kəndində Şəmkirçay su anbarında 2 nəfərin batması barədə məlumat daxil olub. Nazirlikdən Avtosfer.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batanlardan birinin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək.

***

Şəmkirdə iki nəfər suda boğulub. Məlumata görə, hadisə rayonun Yuxarı Seyfəli kəndində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Ü. İbrahimov və daha bir qadın Şəmkirin Dəriyaçay su kanalında boğulublar. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Ü. İbrahimovun meyti sudan çıxarılıb. 2005-ci il təvəllüdlü A. Həsənovanın axtarışı isə davam etdirilir. Məlumata görə onlar su kanalında çimən zaman boğulublar.

image

Fotoda Ümid İbrahimov

Избранный
20
2
avtosfer.az

10Источники