RU

Azərbaycanda bu üsulla dələduzluq halları artır - XƏBƏRDARLIQ

“Azərpoçt” MMC-nin adından dələduzluq halları son vaxtlar daha da artmaqdadır.

Publika.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Dələduzlar müxtəlif platformalar, o cümlədən, elan saytları və mesajlaşma tətbiqləri üzərindən vətəndaşlara saxta məlumatlar göndərirlər. İki əsas üsuldan istifadə olunur: bəzi hallarda, vətəndaşlara ünvan məlumatlarının guya düzgün olmadığı bildirilir və bu səbəbdən bağlamalarının çatdırıla bilmədiyi qeyd olunur; digər hallarda isə dələduzlar alıcı kimi çıxış edərək məhsulu almaq istədiklərini deyir və ödəniş üçün saxta keçid göndərirlər.

Hər iki halda vətəndaşlardan keçidlərə daxil olmaları tələb olunur. Bu keçidlərdə saxta saytlar yaradılır və orada istifadəçilərdən bank kartı məlumatları, şəxsiyyət vəsiqəsi nömrəsi və digər fərdi məlumatları daxil etmək tələb olunur. Nəticədə həmin məlumatlar dələduzların əlinə keçir və bu da maliyyə itkilərinə, məlumatların üçüncü şəxslərə ötürülməsinə səbəb olur”, - deyə ETX-nin məlumatında qeyd olunub.

Избранный
5
9
publika.az

10Источники