RU

"Bayer" Florian Virtsin yerinə Castin Klyuverti transfer etmək istəyir

Bakı. Trend:

"Liverpul"a keçəcəyi gözlənilən Florian Virtsin yerini doldurmaqüçün "Bayer" klubu "Bornmut"da çıxış edən Castin Klyuverti transferetməyi planlaşdırır.

Trend xəbər verirki, Almaniya təmsilçisinin baş məşqçisi Erik ten Haq niderlandlıhücumameyilli yarımmüdafiəçini heyətində görməkdə maraqlıdır. Buməqsədlə "Bayer" 26 yaşlı futbolçu üçün İngiltərə klubu ilədanışıqlara başlayacaq.

Xatırladaq ki, "Bornmut" Castin Klyuverti 2023-cü ilin yayındaİtaliyanın "Roma" klubundan heyətinə qatıb. Niderland millisininüzvü ötən mövsüm 39 rəsmi matçda 13 qol və 8 məhsuldar ötürmə iləfərqlənib.

Избранный
30
az.trend.az

1Источники