Bakı. Trend:
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə4,19 ABŞ dolları və ya 5,70% artaraq, 77,64 dollar/barel təşkiledib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumatverib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 4,19 dollar və ya 5,80%bahalaşaraq 76,39 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 4,25 dollar və ya 7,36% artaraq, 61,99 dollar/bareləbərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstəricidən 4,34 dollar və ya 6,13%artaraq, 75,19 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.