RU

30-dan çox xəstəliyin daşıyıcısı olan yeni gənə növü tapıldı

Türkiyədə 30-dan çox patogenin daşıyıcısı olan yeni təhlükəli gənə növü tapılıb.

Ölkə.az milli.az-a istinadla xəbər verir ki, ehtimallara görə, bu, mal-qaraya təsir edən təhlükəli xəstəliklərin daşıyıcısı kimi tanınan "Haemaphysalis longicornis" gənəsidir.

Biologiya professoru Adem Keskin bildirib ki, gənə insanlar üçün də potensial təhlükəli sayılır.

"2024-cü ilin sentyabrından aparılan araşdırmalar gənənin Türkiyəyə 3-4 il əvvəl daxil olduğunu göstərib", - deyə alim vurğulayıb.

Bundan əvvəl yerli mediada bu il Türkiyədə ən azı yeddi nəfərin gənə dişləməsinin qurbanı olduğu bildirilmişdi.

Избранный
93
5
olke.az

10Источники