Elm və təhsil naziri Emin Əmrullayev Hacıqabulda "Son zəng" tədbirində iştirak edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, nazir Hacıqabul rayonu 10 nömrəli tam orta məktəbində olub.
O, çıxışında sözügedən məktəbdə bu il ilk buraxılışın olduğunu vurğulayaraq məzunlara uğurlar arzulayıb.
Daha sonra nazir Muğan qəsəbə tam orta məktəbin tədbirində iştirak edəcək.