RU

"Son Zəng": Məzunlar yeni həyata addım atır - FOTOREPORTAJ

İyunun 14-də ölkəmizin bütün ümumtəhsil müəssisələrində olduğu kimi,  Nizami rayonunda yerləşən Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə də “Son zəng” çalınıb.

 

Sfera.az bildirir ki, tədbirdə iştirak edən məzunlar, müəllimlər, məktəb direktoru, Nazirliyin Aparat rəhbəri Mətin Kərimli və digər rəsmi şəxslər əlamətdar günü bir yerdə qeyd ediblər.

 

 

Tədbir Himnimizin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

 

 

Məktəbin direktoru Lətifə Əzimova çıxış edərək məktəbimizin builki  uğurları haqqında məlumat verib.

 

 

Daha sonra tədbir şagirdlərin ifasında müxtəlif kompozisiyalar ilə davam etdirilib.

 

 

Qeyd edək ki, 2024-2025-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 000-ə yaxın şagird məzun olur. 

 

Onlardan 54 000 nəfərə yaxını qız, 58 000 nəfərdən çoxu oğlandır.

 

Bu il həmçinin 158 539 nəfər IX sinfi, 134 600 nəfər isə birinci sinfi bitirir. 

 

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında isə 90 732  uşaq təhsil alıb.

 

Qeyd edək ki, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 704 065 nəfər təşkil edib.

 

Fotolar: Anar Bayramlı


Firuzə Əliyeva
Sfera.az

 

 

Избранный
23
1
sfera.az

2Источники