RU

Azərbaycanda maaşı artacaq müəllimlərin sayıaçıqlandı

Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. Proses müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Çünki keyfiyyətli müəllim və keyfiyyətli təhsil anlayışları bir-biri ilə vəhdət təşkil edir.

Valyuta.az APA-ya istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Zəkalar” liseyində keçirilən Son Zəng tədbirində iştirakı zamanı deyib.

Eqşi Bağırov qeyd edib ki, bu il keçiriləcək sertifikatlaşdırma prosesindən sonra maaşını diffensial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdən çox olacaq.

“Hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququ var. Keyfiyyətli təhsil isə keyfiyyətli müəllim deməkdir. Sertifikatlaşdırma bu tələbi ödəyir.

2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub”,-deyə o bildirib.

Избранный
21
33
valyuta.az

10Источники