RU

"Napoli" müdafiəçi transfer etdi

BAKI. 14 iyun. TELEQRAF

İtaliya çempionu "Napoli" "Empoli"nin futbolçusu Luka Marianuççini transfer edib.

Teleqraf xəbər verir ki, 21 yaşlı müdafiəçi ilə müqavilə iyulun 1-dən qüvvəyə minəcək.

Onunla 5 illik sözləşmə əldə olunub.

Ötən mövsüm Marianuççi A Seriyasında 18, İtaliya Kubokunda 6 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Empoli" isə uğursuz çıxış edərək, B Seriyasına enib.

Qeyd edək ki, "Napoli" 82 xalla İtaliya çempionu olub. Neapol komandası Çempionlar Liqasında mübarizə aparacaq.

Избранный
6
teleqraf.com

1Источники