RU

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) direktoru İsrayıl İsgəndərov vəzifəsindən ayrılıb.
 
Valyuta.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

"Mən ADPK-da 6.5 illik fəaliyyətimi yekunlaşdırdım. Kollecdə fəaliyyətimə səmərəli mühit yaratdıqları üçün ETN-nin və EATDA-nin rəhbərliyinə, daimi və hərtərəfli dəstəyinə görə ADPU-nun rektoru, professor Cəfər Cəfərov başda olmaqla çox dəyərli ADPU kollektivinə və ən əsası mehriban, zəhmətkeş ADPK kollektivinə və əziz tələbələrə təşəkkür edirəm. ADPK-nın yeni rəhbərliyinin və kollektivin yeni-yeni müvəffəqiyyətlərinə əminəm və bu istiqamətdə onlara uğurlar diləyirəm", - deyə İ.İsgəndərov bildirib.

Xatırladaq ki, köhnə adı "M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu" olan ADPK Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərir.

©Qaynarinfo

Избранный
19
11
valyuta.az

10Источники